Rumıniya prezidenti partiyalardan zəmanət alana qədər baş nazir namizədliyini irəli sürməyəcək- ÖZƏL

Rumıniya Prezidenti Nikuşor Dan parlamentdə dəstəyə təminat almadan baş nazir vəzifəsinə yeni namizəd irəli sürməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Rumıniya Macarlarının Demokratik Birliyinin Deputatlar Palatasındakı fraksiya rəhbəri Çsoma Botond məlumat verib. Onun sözlərinə görə, prezident yalnız namizədin parlamentdə səs çoxluğu qazanacağına əmin olduqdan sonra bu addımı atacaq. Botond bildirib ki, dörd siyasi partiya arasında razılıq əldə olunana qədər yeni namizədin irəli sürülməsi gözlənilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31