Belarus və Rusiya MDB-də insan hüquqlarına dair ilk birgə hesabatı təqdim etdi- ÖZƏL

Belarus və Rusiya Xarici İşlər nazirlikləri MDB məkanında ilk dəfə olaraq qlobal miqyasda insan hüquqlarının vəziyyətinə dair birgə hesabat təqdim ediblər.
Olaylar.az xəbər verir ki, məlumata görə, hesabatı Belarus Xarici İşlər Nazirliyinin Çoxtərəfli Diplomatiya Baş İdarəsinin rəisi İrina Veliçko təqdim edib.
İrina Veliçko çıxışı zamanı bildirib ki, bu təşəbbüs insan hüquqlarının həqiqi mahiyyətini, eləcə də mövcud problemlərin arxasında duran səbəb və konteksti anlayan tərəfdaşlar üçün mühüm platformadır. O, layihəyə göstərilən marağa görə tərəfdaş və eyni mövqeni bölüşən ölkələrə təşəkkür edib.
Belarus rəsmisi vurğulayıb ki, hesabatın məqsədi insan hüquqları sahəsində qarşıdurma yaratmaq deyil. Onun sözlərinə görə, sənəd dünyada mükəmməl ölkənin olmadığını və heç bir dövlətin insan hüquqları mövzusunda inhisarçı mövqeyə malik olmadığını göstərməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31