Pit Heqsetin qərarları Pentaqonda ciddi narazılıq yaradıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Daily Mail" qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ müdafiə naziri Pit Heqsetin tabeliyindəki əməkdaşların rəylərinə məhəl qoymaması Pentaqonda mənəvi ruhun kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Qurum rəsmiləri nazirin hər hansı tənqidə "çünki mən belə deyirəm" ifadəsi ilə cavab verdiyini, qərarlarını şəxsi ambisiyalarına əsasən qəbul etdiyini və özünəməxsus "alternativ reallıq" yaratdığını bildirirlər. 

Bununla yanaşı, heç bir izahat verilmədən həyata keçirilən kütləvi işdənçıxarmalar, xüsusilə ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının komandanı general Kristofer Donahyunun istefaya göndərilməsi hərbçilər arasında ciddi çaşqınlıq və demoorallaşmaya yol açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31