Suxan Tamazaşvili ilk rəsmi səfərlə Ermənistana gedib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, cari ilin aprel ayında bu vəzifəyə təyin olunan daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistana ilk rəsmi səfərini edib. Səfər çərçivəsində gürcü nazirin ermənistanlı həmkarı Arpine Sarqsyan ilə ikitərəfli görüşü, həmçinin nümayəndə heyəti ilə birlikdə bu ölkənin polis bölmələrini ziyarət edərək onların fəaliyyəti ilə yerindəcə tanış olması planlaşdırılır. 

Bundan əlavə, S. Tamazaşvilinin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan ilə də görüşləri nəzərdə tutulub. Xatırladaq ki, o, bu postda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin olunmuş Qela Qeladzeni əvəz edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31