Vitkoff Dohaya gedib – İranla danışıqlar baş tutacaqmı?

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-İran danışıqlarının keçiriləcəyi Qətərin paytaxtı Dohaya yola düşüb.

Musavat.com xəbər verir ki, məlumatı CNN yayıb. "Vitkoff hazırda Dohaya gedir", - deyə kanal iki ABŞ rəsmisinə istinadən bildirib.

CNN-in məlumatına görə, Vitkoffu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etməməsi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, bundan Tramp çərşənbə axşamı Dohada keçiriləcək ABŞ-İran danışıqlarının planlaşdırıldığını açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu məlumatı təkzib edərək Tehranın yaxın günlərdə Qətərdə ABŞ tərəfi ilə heç bir əlaqə saxlamağı planlaşdırmadığını elan edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31