Bu ölkənin zərgərləri Trampa 321 brilyant qaşı olan üzük hədiyyə edib

Antverpen Dünya Almaz Mərkəzi (AWDC) ABŞ prezidenti Donald Trampa ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə 321 təbii brilyantdan ibarət qızıl üzük hədiyyə edib.

Musavat.com mərkəzin açıqlamasına istinadən xəbər verir ki, üzük Belçikadakı ABŞ səfiri Bill Uayta təqdim edilib.

Bildirilir ki, üzük qızıldan hazırlanıb və 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədilib: "Amerika Birləşmiş Ştatları nəsillər boyu bizim əsas ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii brilyantların əksəriyyəti nəticədə amerikalı alıcılara çatır. Biz istəyirik ki, bu üzük sıx iqtisadi münasibətlərimizin simvolu olsun".

Onlar xüsusilə vurğulayıblar ki, üzükün yaradılmasında yalnız təbii brilyantlardan istifadə olunub: "Təbii və laboratoriya şəraitində yetişdirilən almazları çılpaq gözlə ayırd etmək mümkün deyil, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusu keyfiyyətcə fərqlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31