İraqda korrupsiyaya qarşı mübarizə başlayıb
20:08 Dünyaİraq Baş naziri Əli əl-Zeydi hökumətinin korrupsiyaya qarşı mübarizənin birinci mərhələsinə başladığını açıqlayıb.
Xarici media yazır ki, bu açıqlama İraq təhlükəsizlik qüvvələrinin neft sektoru ilə əlaqəli tanınmış siyasətçilərin, parlament üzvlərinin və vəzifəli şəxslərin kütləvi həbslərinə başlamasından bir gün sonra verilib.
Reydlər Bağdadın bir neçə ərazisində, o cümlədən diplomatik məhəllə kimi tanınan Yaşıl Zonada baş tutub. Ekspertlər hesab edirlər ki, əl-Zeydi korrupsiyaya qarşı mübarizə kampaniyasından öz mövqeyini gücləndirmək və ABŞ-nin etimadını qazanmaq üçün istifadə edir. Saxlanılanlar arasında İrana rəğbət bəsləyən bir çox şəxs var.
İraqın baş naziri vurğulayıb ki, heç bir korrupsiyalaşmış dövlət məmuru toxunulmazlıqdan istifadə edə bilməyəcək.
Əl-Zeydi həmçinin mərkəzi hökumətin silah üzərində inhisarını bərpa etmək üçün kampaniya başlatmağa söz verib. Bu inhisarlar hazırda İraqda çoxsaylı paramilitar qrupların nəzarətindədir və İranı dəstəkləyir. Baş nazirin sözlərinə görə, güc tətbiqi yalnız dövlətin sərəncamında" olmalı olan bir səlahiyyətdir.