Makron: Fransa və Oman Hörmüzün minalardan təmizlənməsində birgə iştirak etmək niyyətindədir

Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində birgə iştirak etmək barədə razılığa gəliblər.

Olaylar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Oman sultanı Heytəm bin Tarek Əl Səidlə görüşdən sonra bildirib.

Respublika Prezidenti X-də yazıb: "Dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün tərəfdaşlarımızla boğazın minalardan təmizlənməsində birgə iştirak etmək qərarına gəldik".

Onun sözlərinə görə, liderlər həmçinin Yaxın Şərqdə gərginliyin azaldılması üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31