Venesuelada daha bir zəlzələ oldu
16:39 DünyaVenesuela sahillərində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri paytaxt Karakasdan 42 kilometr şimalda, əhalisi 3 milyondan çox olan ərazi yaxınlığında yerləşib. Ocağın dərinliyi 10 kilometr olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada daha güclü zəlzələlər baş vermişdi. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, həmin gün 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınmış, ardınca yüzlərlə afterşok müşahidə olunmuşdu. Rəqəmlərə görə, ölkədə minlərlə insan zərər çəkib, çoxsaylı binalar və infrastruktur obyektləri dağılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31