İranın dondurulmuş vəsaiti ölkəyə qaytarılacaq - Pezeşkian
13:11 Dünyaİranın dondurulmuş vəsaitinin 6 milyard dolları ölkəyə qaytarılacaq.
Bunu İran prezidenti Məsud Pezeşkian Ayətullah Seyid Musa Şobeyri Zəncani ilə görüşdə deyib.
"Proqrama əsasən, İranın Qətərdəki 12 milyard dollar ehtiyatlarının 6 milyard dolları sərbəst buraxılıb və ölkəyə qaytarılacaq", -deyə o bildirib.
Pezeşkian əlavə edib ki, qalan ehtiyatların da geri qaytarılması üçün lazımi işlər həyata keçirilməkdədir.
İran prezidenti deyib ki, İranın sabiq lideri (Ayətullah Seyid Əli Xamenei) dəfələrlə bəyan edib ki, İran nüvə silahı düzəltmək istəmir və hələ də İran həmin mövqeyini vurğulayır. İran dünyanı əmin edir ki, nüvə fəaliyyətləri ölkənin ehtiyaclarına uyğun olaraq və ölkə tərəfindən elan olunan siyasətlər çərçivəsində istifadə olunacaq.
Pezeşkian qeyd edib ki, İran və ABŞ arasında son anlaşma (İslamabad anlaşma memorandumu) İran üçün böyük qələbə hesab olunur. Bu memorandum çərçivəsində neft və neft-kimya satışı üzrə sanksiyalar ləğv olunub. İran hökuməti də bərpa prosesini və əhalinin məişətinə dəstək proqramlarını gündəmdə saxlayır.
ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.