Şalva Papuaşvili: Elene Xoştariyanın səhhətini siyasiləşdirmək heç kimə fayda gətirməyəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalif siyasətçi Elene Xoştariyanın səhhəti ətrafındakı müzakirələrə münasibət bildirərkən prosesin tam şəffaf şəkildə idarə olunduğunu vurğulayıb. 

Papuaşvili qeyd edib ki, Penitensiar Xidmət bu məsələdə tamamilə həkimlərin qərarlarına uyğun hərəkət edəcək və mövzunun lüzumsuz yerə siyasiləşdirilməsi heç kimə heç bir xeyir verməyəcək. 

Siyasətçini həm xidmətin, həm də şəxsi həkimlərinin ziyarət edə bildiyini deyən parlament sədri, dövlətin digər bütün məhkumlar kimi Xoştariyanı da tam ödənişsiz tibbi yardım və qayğı ilə təmin etdiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31