Abramyan: Ermənistan hakimiyyəti Qondarma Soyqırımı mövzusunu xarici siyasətdən silib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının üzvü, müxalif deputat Tiqran Abramyan "Facebook" səhifəsində yazıb ki, Ermənistandakı mövcud hakimiyyət Qondarma Erməni Soyqırımı mövzusunu artıq çoxdan xarici siyasət gündəliyindən çıxarıb. İsrail-Türkiyə münasibətlərini və İsrailin Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyi şərh edən deputat, rəsmi İrəvanın yürütdüyü xarici siyasəti "dəvəquşu siyasəti" adlandırıb. 

Abramyanın fikrincə, Ermənistanın indiki rəhbərliyi Qarabağ məsələsində olduğu kimi, tezliklə digər ölkələrdən də "soyqırımı" mövzusunu qaldırmamağı və bu barədə bəyanat verməməyi xahiş etməyə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31