"Financial Times": Avropa son 15 ilin ən aşağı qaz ehtiyatı ilə qışa daxil ola bilər – ÖZƏL
11:55 DünyaOlaylar.az xəbər verir ki, "Wood Mackenzie" konsaltinq şirkətinin proqnozlarına istinadən "Financial Times" qəzeti yazır ki, Avropa qarşıdan gələn isitmə mövsümünə son 15 ilin ən aşağı qaz ehtiyatı ilə daxil olmaq riski ilə üzbəüzdür və bu, qışda qiymətlərin kəskin artmasına səbəb ola bilər.
Məlumata görə, oktyabr ayına qədər Avropanın yeraltı anbarları cəmi 76% doldurula biləcək ki, bu da 2011-ci ildən bəri ən aşağı göstəricidir. Mövcud qıtlıq ABŞ və İran arasındakı münaqişə səbəbindən Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin dayanması, Qətər və BƏƏ-də hasilatın azalması, həmçinin Avropa İttifaqının Rusiya qazına tətbiq etdiyi qadağalarla bağlıdır. Hazırda Avropa anbarlarının doluluq səviyyəsi cəmi 48% təşkil edir və qısaümidli müqavilələrə qoyulan qadağalardan sonra Aİ-nin 2027-ci ildən Rusiya LNG-nə tam embarqo qoymaq planı vəziyyəti daha da mürəkkəbləşdirir.