Çin XİN: Yaponiyaya qarşı məhdudiyyətlər militarizmlə mübarizə məqsədi daşıyır- ÖZƏL
11:54 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun brifinqdə bildirib ki, Çinin Yaponiyaya qarşı ixrac məhdudiyyətləri əsaslandırılmış tədbirdir və yeni militarizm dalğası ilə mübarizə aparmaq məqsədi daşıyır. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, "Çinin bu addımı tamamilə haqlı, ağlabatan və qanunidir. Bu addım Yaponiyanın yeni militarizminin məsuliyyətsiz hərəkətlərini qətiyyətlə yatırmağa yönəlib".
Diplomat həmçinin Yaponiya tərəfinin "hərəkətlərinin səhvini etiraf edəcəyinə, yol verilmiş qanun pozuntularını düzəldəcəyinə, vəziyyəti dərindən düşünəcəyinə və düzgün yola qayıdacağına" ümid etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31