Lukaşenko Çində özünü "evindəki kimi" hiss etdiyini bildirib- ÖZƏL
11:32 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı özünü Çində "evindəki kimi" hiss etdiyini bildirib.
"Öz evimdəki kimi",- deyə Lukaşenko Çinə gəlişini şərh edib. Olaylar.az xəbər verir ki, bu barədə görüntülər Belarus Prezidentinin mətbuat xidmətinə yaxın "Pul Pervoqo" Teleqram kanalı tərəfindən yayımlanıb.
Görüş zamanı Si Cinpin həmkarından Minskdən uçub-uçmadığını soruşub. Lukaşenko isə ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirmək üçün Rusiyaya səfər etdiyini və Çinə Moskva vilayətindən yola düşdüyünü xatırladıb.
Məlumata görə, Belarus və Çin liderləri görüşlərini ənənəvi ailə naharı formatında davam etdirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31