Georgi Pataridze: Elene Xoştariyanın səhhəti ətrafında qurulan brifinqlər absurd teatrdır – ÖZƏL
11:17 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin baş direktoru Georgi Pataridze bəyan edib ki, "Dəyişiklik naminə Koalisiya"nın lideri, məhkum Elene Xoştariyanın real səhhətini qiymətləndirmək əvəzinə mətbuat konfransları vasitəsilə danışmaq bir "absurd teatrı"dır.
Həkimlərin konkret iş görmək əvəzinə brifinqlərlə bəyanat yaymasını tənqid edən Pataridze, Xoştariyanın 2026-cı ilin fevralındakı tam fərqli mövqeyini xatırladıb. Baş direktor bildirib ki, hazırda məhkumun maraqlarını qoruduğu üçün səbirlə yanaşsa da, real tibbi idarəetməyə keçilməyib ictimai bəyanatlar davam edərsə, daha ciddi və fərqli addımlar atmaq məcburiyyətində qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31