Avropada Rusiya maye qazının ən böyük alıcısından ABŞ xəbərdarlığı

Avropada Rusiya maye qazının ən böyük idxalçısı Rusiya qazının alışının tədricən dayandırılmasının təxirə salınmasını istəyir.

Musavat.com Financial Times qəzetinə istinadən xəbər verir ki, Avropanın mayeləşdirilmiş təbii qaz qəbulu üçün əsas mərkəzlərindən biri olan İspaniyanın Bilbao limanının rəhbəri Yan Ximenes Rusiya tədarükünün tamamilə dayandırılması halında Avropanın ABŞ-dan "həddindən artıq asılı" vəziyyətə düşəcəyini bildirib. Onun sözlərinə görə, Rusiya qazı adətən Amerika qazından daha ucuzdur, ona görə də idxal "bir gecədə" deyil, tədricən dayandırılmalıdır.

Bu fonda Rusiyanın Avropaya LNG tədarükü yenidən artır. May ayında İspaniyanın ümumi qaz idxalının təxminən 28 faizi Rusiyanın payına düşüb və ilin əvvəlindən bəri Bilbaonun özündə Rusiya qazının payı 59 faizə çatıb.

İspaniya hakimiyyəti Rusiya qazının idxalına qoyulan qadağanın planlaşdırıldığı kimi - 1 yanvar 2027-ci ildə qüvvəyə minməsində israr edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31