Hörmüz boğazı üzrə ABŞ və İran arasında görüş gözlənilir
10:20 Dünyaİyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.Milli.Az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.Məlumata görə, tərəflər həmçinin qarşılıqlı atəşin dayandırılması barədə razılığa gəliblər.Digər mənbələrin iddiasına əsasən, görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.
Xatırladaq ki, ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığında İranın 10 hərbi obyektinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, bu addım İranın 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı "Kiku" tankerinə hücumuna cavab olaraq atılıb.