Avropa İttifaqı Ukraynaya 45 milyardlıq yeni dəstək hazırlayır
08:55 DünyaAvropa İttifaqı, münaqişə 2027-ci ildən sonra da davam edərsə, Ukraynaya 30-45 milyard avro məbləğində yeni kredit vermək imkanını müzakirə edir.
Musavat.com xəbər verir ki, məlumatı Avropa Parlamentində Aİ-Ukrayna Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Pekka Toveri açıqlayıb: "2027-ci ildən sonra dəstəkdə heç bir boşluq olmamasını təmin etmək üçün müzakirələr və gələcək planlaşdırma artıq aparılır".
Onun sözlərinə görə, Aİ-nin 2026-2027-ci illərdə Ukraynaya ayırdığı maliyyə 90 milyard avro, Avropa və digər donorlardan əlavə tranşlar isə "təxminən 30-45 milyard avro" təşkil etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31