Türkiyə SİLKƏLƏNDİ

Türkiyənin Balıkesir vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 15:56-da baş verib. Yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonu olub.

Məlumata əsasən, zəlzələnin ocağı 11,33 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar bölgədə vəziyyəti izləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31