CHP-dən kütləvi istefa iddiasına cavab gəldi

CHP-nin keçmiş sədri Özgür Özəl partiyadan 86 millət vəkili və 74 vilayət sədrinin Anadolu Birliyi Partiyasına keçəcəyi barədə yayılan iddiaları təkzib edib.

Onun sözlərinə görə, bu məlumatlar həqiqəti əks etdirmir və belə bir keçid gündəmdə deyil.

Xatırladaq ki, Anadolu Birliyi Partiyasının sədri Bədri Yalçın CHP-dən 86 millət vəkili və 74 vilayət sədrinin partiyasına qoşulacağını iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31