İsveçrə buzlaqları sürətlə yox olur

Avropada hökm sürən rekord istilər İsveçrədəki buzlaqların əriməsini kəskin sürətləndirib.

"The Guardian"ın yaydığı məlumata görə, ötən qış İsveçrə buzlaqlarında toplanmış qar və buz ehtiyatlarının iyunun 29-dək tamamilə əriməsi gözlənilir.

"Glamos" şirkətinin rəhbəri Matiyas Huss bildirib ki, Alp dağlarında buz və qar indiyədək görünməmiş sürətlə yox olur. Onun sözlərinə görə, yüksək temperaturun davam etdiyi günlərin sayının artması buzlaqların vəziyyətini daha da ağırlaşdırır.

Nəşr qeyd edir ki, Avropanın ən böyük çaylarından olan Reyn və Rona əsasən Alp buzlaqlarından qidalanır. Hussun açıqlamasına əsasən, 2026-cı ildə buzlaqları qidalandıran qarın həcmi 2010-2020-ci illərin orta göstəricisi ilə müqayisədə 25 faiz azalıb. Bu tendensiya regionun su ehtiyatları üçün ciddi risk hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31