Almaniyada hava temperaturu rekord həddə yüksəlib

Almaniyada meteoroloji müşahidələr tarixində mütləq temperatur rekordu yenilənib.Bu barədə Almaniyanın Meteorologiya Xidmətinin (DWD) ilkin məlumatlarına istinadən DPA agentliyi xəbər verib.

Məlumata əsasən, iyunun 27-də havanın temperaturunun 41,5 dərəcə Selsiyə çatıb.

Meteoroloqların məlumatına görə, ölkədə temperatur rekordu artıq ikinci gündür ardıcıl olaraq yenilənir. İlkin maksimum göstərici - 41,5 dərəcə Selsi yerli vaxtla saat 16:20-də Saksoniya-Anhalt federal torpağının Mekkern-Drevits yaşayış məntəqəsində qeydə alınıb.

İyunun 26-da DWD Saarbrükken-Burbaxda 41,3 dərəcə temperatur qeydə almışdı ki, bu da həmin vaxta qədər Almaniyada müşahidələr tarixində ən yüksək göstərici hesab olunurdu. Şənbə günü isə eyni meteoroloji stansiyada bu rekord yenidən yenilənib: Saarland paytaxtının şimal-qərbində yerləşən stansiyada saat 15:00-da termometr 41,4 dərəcə göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31