Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi

Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib.

APA  xəbər verir ki, Ermənistanda daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilən pozuntular aradan qaldırılana qədər müvəqqəti dayandırılıb.

Bununla da Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırmış olub.

Qeyd edək ki, iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalına qadağa tətbiq edilib. Məlumata görə, bu qərar bir sıra yerli şirkətlərin yoxlamalardan keçməməsi və ya yoxlamalardan imtina etməsi səbəbilə verilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Ermənistandan meyvə-tərəvəz, çiçək, bir neçə növ konyak və şərab, eləcə də "Cermuk" mineral suyunun idxalını və satışını da məhdudlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31