Xameneinin yerinə qərarları kim verir?

İranda dini lider Müctəba Xameneinin öldüyü və ya ağır yaralandığı barədə yayılan iddialar fonunda ölkədə mühüm qərarların Məhəmməd Bağır Qalibaf tərəfindən verildiyi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Xameneinin adından yayılan rəsmi sənədlərin metadata göstəriciləri araşdırılıb və onların Qalibafın ofisində istifadə olunan rəqəmsal imzalarla eynilik təşkil etdiyi iddia olunur.

Məlumata görə, PDF sənədlərində "Adobe" proqram təminatı və versiya məlumatlarının üst-üstə düşməsi həmin materialların eyni kompüterdə hazırlandığı ehtimalını gücləndirir. Bu isə Xameneinin adından sənədlərin Qalibaf tərəfindən hazırlandığı barədə iddialara yol açıb.

Qeyd edək ki, məlumatlar Rusiya mediası və kəşfiyyat mənbələrinə istinadən yayılıb. İran rəsmiləri isə bu iddialara hələlik münasibət bildirməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31