Tramp o ölkə üçün dərhal hərəkətə keçdi - TƏCİLİ ƏMR VERDİ
11:22 DünyaABŞ lideri Donald Tramp Venesuelada baş verən dəhşətli zəlzələlərlə bağlı "Truth Social" hesabında paylaşım edib.
Musavat.com xəbər verir ki, o, təbii fəlakətin genişmiqyaslı fəsadlara və çox sayda insan tələfatına yol açdığını bildirərək, ABŞ-nin zərərçəkmiş ölkəyə dəstək verməyə tam hazır olduğunu vurğulayıb.
ABŞ lideri fəlakətlə bağlı ölkənin bütün dövlət strukturlarını hərəkətə keçməyə çağırıb.
"Venesuelanın böyük xalqını sarsıdan iki böyük zəlzələ miqyaslı xarakter daşıyıb və çox sayda insanın ölümünə səbəb olub. Amerika Birləşmiş Ştatları kömək etməyə hazırdır, bunu istəyir və buna qadirdir!", - deyə o qeyd edib.
O, Vaşinqtonun Venesuela xalqına humanitar dəstək göstərmək üçün bütün imkanları səfərbər etdiyini diqqətə çatdırıb:
"Mən hökumətimizin bütün qurumlarına təcili tədbirlərə hazır olmağı tapşırdım. Biz gözəl yeni dostlarımızla birlikdə olacağıq. İlkin məlumatlar ürəkaçan deyil", - deyə ABŞ lideri bildirib.