NATO sammitinə yalnız Ərdoğana görə gedirəm - Tramp
11:04 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, NATO-nun Ankara sammitinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətinə görə qatılacaq.
Musavat.com xəbər verir ki, o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bu barədə danışıb və qeyd edib ki, əgər sammit başqa ölkədə keçirilsəydi, qatılma ehtimalı az olardı:
"Düşünmürəm ki, Prezident Ərdoğan Türkiyədə ev sahibliyi etməsəydi, mən də gedərdim. Əksəriyyətin xatirinə, mən getməzdim".
O, ABŞ-ın NATO müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtonu fəal şəkildə dəstəkləməməsindən məyus olduğunu bildirib: "O, mənə zəng edib dedi ki, "Xahiş edirəm gəlin, mən zirvə görüşünə Türkiyədə ev sahibliyi edirəm və ABŞ-ın iştirakı lazımdırchr("39")". Ona görə də mən Prezident Ərdoğana hörmətimdən irəli gələrək gedirəm".
Tramp qeyd edib ki, İranla münaqişə zamanı "kənarda qaldığına" və xüsusən də İsrailə qarşı Tehrana kömək etmədiyinə görə Ərdoğana minnətdardır: "Bilirsiniz, o, müharibəyə girmədi. O, İranla müharibəyə girmək üçün əsas namizəd idi, bəlkə də İranın tərəfində, çünki bildiyiniz kimi, o, İsrailin böyük fanatı deyil. Mən ondan müdaxilə etməməsini xahiş etdim. O, müdaxilə etmədi. Ərdoğan böyük lider, çox güclü şəxsiyyət, əla hərbçidir və mən ondan müdaxilə etməməsini xahiş etdim, o isə müdaxilə etmədi."
Qeyd edək ki, Ankarada NATO sammiti 7-8 iyul tarixlərində keçiriləcək. Vaşinqton əvvəllər ABŞ-İsrail müharibəsi zamanı bəzi Avropa NATO müttəfiqlərinin hərəkətlərini dəfələrlə və sərt şəkildə tənqid edib.