Hörmüz boğazında yeni dövr: Oman beynəlxalq gəmilər üçün xüsusi tranzit dəhlizi yaratdı

Oman Sultanlığı qlobal dəniz ticarəti və naviqasiyası üçün böyük strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi tranzit dəhlizinin yaradıldığını elan edib.

Musavat.com xəbər verir ki, Oman Dəniz Təhlükəsizliyi Mərkəzinin "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında yaydığı bəyanata görə, sultanlıq Hörmüz boğazından keçən mülki və yük gəmilərinin koordinasiyalı hərəkətini təşkil etmək üçün Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə sıx əməkdaşlıq edir. Yaradılan bu müvəqqəti təhlükəsiz tranzit dəhlizindən istifadə edəcək bütün xarici gəmilər öz hərəkət marşrutlarını və hərbi-mülki addımlarını birbaşa IMO ilə rəsmi şəkildə koordinasiya etmək məcburiyyətində olacaqlar.

Mərkəzin rəsmi açıqlamasında həmçinin o da xüsusi vurğulanır ki, belə bir xüsusi dəhlizin yaradılması bütövlükdə Omanın beynəlxalq hüquq normalarına olan sadiqliyinin, eləcə də regionda, xüsusən də strateji boğazda azad, maneəsiz və təhlükəsiz gəmiçilik fəaliyyətinin qorunub saxlanılmasına yönəlmiş qətiyyətli addımlarının bariz nümunəsidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31