Çin ABŞ-İran memorandumunu müsbət addım kimi qiymətləndirdi-ÖZƏL

Çin Xarici İşlər Nazirliyi ABŞ və İran arasında imzalanan anlaşma memorandumunu müsbət siqnal adlandırıb. Olaylar.az xəbər verir ki, nazirliyin sözçüsü Qoo Ciakun bildirib ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, hərbi əməliyyatlardan çəkinməsi və daxili işlərə qarışmamaq öhdəliyi regional sabitlik üçün vacib addımdır.

O vurğulayıb ki, Çin fikir ayrılıqlarının yalnız dialoq və danışıqlar yolu ilə həllini dəstəkləyir, beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya güc hədəsinə qarşı çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31