Polşada ABŞ hərbi bazasının Şetsin yaxınlığında yerləşdirilməsi nəzərdən keçirilir- ÖZƏL
11:51 DünyaPolşa Müdafiə Nazirliyinin müavini Stanislav Vziontekin sözlərinə görə, ölkədə yaradılması planlaşdırılan daimi ABŞ hərbi bazası Şetsin şəhəri yaxınlığında yerləşə bilər.
O bildirib ki, Almaniya sərhədinə yaxınlıq və dəniz limanının mövcudluğu bu ərazini baza üçün əlverişli edir. Vziontek qeyd edib ki, bazada 3-5 min ABŞ hərbçisi ailələri və texniki heyətlə birlikdə xidmət göstərə bilər.
Olaylar.az xəbər verir ki, məlumata görə, layihənin dəyəri təxminən 12 milyard zlotı (3,2 milyard dollar) təşkil edəcək. ABŞ bazasının yerləşdirilməsi üçün Poznan və Vrotslav şəhərləri də nəzərdən keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31