MAQATE: İranın nüvə obyektlərində yoxlamalar bərpa olunacaq- ÖZƏL
11:16 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində yoxlamalara başlayacaqlar. Olaylar.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Yaponiyanın ərazisinə səfəri zamanı məlumat verib.
"Associated Press" agentliyinin yaydığı məlumata görə, Qrossi bildirib ki, ABŞ və İran arasında əldə olunmuş memorandumda nüvə materiallarından istifadə olunan obyektlərin MAQATE-nin nəzarəti altında fəaliyyət göstərəcəyi açıq şəkildə qeyd olunub.
Onun sözlərinə görə, bu nəzarətin həyata keçirilməsi üçün yoxlamaların aparılması zəruridir və həmin yoxlamalar mütləq baş tutacaq.
Bununla yanaşı, MAQATE rəhbəri yoxlamaların dəqiq nə vaxt başlayacağının hələ məlum olmadığını vurğulayıb. Qrossi qeyd edib ki, prosesin sabah, bir həftə və ya on gün sonra başlaması əsas məsələ deyil, vacib olan yoxlamaların həyata keçirilməsidir.