Ermənistanda seçici rüşvəti iddiası: Saxlanılanlar var – ÖZƏL
11:07 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Anti-Korrupsiya Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi tədbirlər nəticəsində "Güclü Ermənistan" partiyasının deputatlığa namizədinin və tərəfdarlarının seçicilərə rüşvət verməsi faktı aşkarlanıb. İstintaq məlumatlarına görə, sözügedən şəxslər qrup halında Vayots Dzor və Şirak vilayətlərinin sakinlərini partiyanın lehinə səs verməyə cəlb etmək üçün onlara müxtəlif məbləğlərdə rüşvət veriblər.
Anti-Korrupsiya Komitəsində başladılan cinayət işi çərçivəsində bir neçə nəfər saxlanılıb, mənzillərdə axtarışlar və digər zəruri prosessual tədbirlər həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31