Medvedçuk: Kiyevin və kollektiv Qərbin addımları geri dönməz nəticələrə səbəb ola bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk Kiyev hakimiyyətinin və kollektiv Qərbin siyasətinin təhlükəli nəticələr doğura biləcəyini bildirib. Medvedçukun sözlərinə görə, Ukrayna və onu dəstəkləyən Qərb ölkələri Rusiyanın arxa cəbhəsinə hücumları artırmaqla üstün mövqe əldə etməyə çalışırlar. O hesab edir ki, bu cür addımlar nüvə qarşıdurması riskini artırır və Avropa xalqları üçün ağır nəticələrə səbəb ola bilər.

Siyasətçi vurğulayıb ki, Ukraynanın və kollektiv Qərbin hərəkətləri səbir həddini aşaraq geri dönməz nəticələrə gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31