Alen Berse: "Gürcüstanda demokratiyanın geriləməsi dərin narahatlıq doğurur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstandakı mövcud vəziyyəti kəskin tənqid edərək, ölkədə demokratik geriləmənin ciddi narahatlıq yaratdığını bildirib. O qeyd edib ki, vətəndaş cəmiyyəti məkanının daraldılması, müxalifətə və partiyalara qarşı təzyiqlər, həbslər, məhdudlaşdırıcı qanunvericilik və polis zorakılığına görə məsuliyyətin olmaması tamamilə qəbuledilməzdir. Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyünü deyən Baş katib, onların narahatlıqlarının vəziyyətin ciddiliyini bir daha təsdiqlədiyini vurğulayıb.

Alen Berse təcrid olunmağın çıxış yolu olmadığını və problemin həlli üçün real nəticələrə yönəlmiş addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məqsəd sadəcə dialoq aparmaq deyil, konkret və hiss olunacaq tərəqqiyə nail olmaqdır. Bu mövqeyi mayın 4-də İrəvanda Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə də şəxsən çatdırdığını bildirən Berse, rəhbərlik etdiyi komandaya böhrandan çıxış üçün konkret həll yolları hazırlamaq barədə tapşırıq verdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31