ABŞ səfiri: Nyu-Dehli və Vaşinqton ticarət razılaşması üzrə razılığa gəlməyə yaxındırlar- ÖZƏL

ABŞ və Hindistan ikitərəfli ticarət sazişi üzrə danışıqların son mərhələsindədirlər. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Hindistandakı səfiri Sercio Qor bildirib.
Diplomat bildirib ki, ABŞ Ticarət Nümayəndəsi Ceymison Gir Yeni Dehlidə Hindistanın Ticarət və Sənaye Naziri Piyuş Qoyal ilə görüşüb. Qor deyib: "Biz ticarət sazişini yekunlaşdırmağa çox yaxınıq. Lakin o, danışıqların başa çatması üçün konkret bir müddət açıqlamayıb.

Nyu-Dehli və Vaşinqton 2025-ci ilin fevral ayından bəri ikitərəfli ticarəti 2030-cu ilə qədər 500 milyard dollara çatdıracaq hərtərəfli ticarət sazişi üzrə danışıqlar aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31