Maka Boçorişvili: Beynəlxalq təşkilatların Gürcüstana qarşı siyasi alət kimi istifadə edilməsi qəbuledilməzdir – ÖZƏL
15:44 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili Avropa Şurasının Gürcüstanla bağlı qətnamə layihəsinə münasibət bildirərkən, bunun beynəlxalq təşkilatları siyasi məqsədlər üçün istifadə etmək cəhdi olduğunu bəyan edib. Nazir qeyd edib ki, müəyyən kiçik qruplar Gürcüstan əleyhinə olan tezisləri fərqli platformalarda səsləndirmək və müxtəlif sənədlər şəklində qəbul etdirmək üçün hər şey edirlər.
Boçorişvilinin sözlərinə görə, analoji cəhdlər Avropa Parlamenti, Avropa Şurası və hətta "Moskva mexanizmi"nin işə salınması ilə ATƏT çərçivəsində də müşahidə olunub. Bu cür təcrübənin yolverilməz olduğunu vurğulayan XİN rəhbəri, Oxşar metodların beynəlxalq institutlara olan etimadı sarsıtdığını və bu məsələnin gürcü tərəfindən tərəfdaşlarla aktiv şəkildə müzakirə edildiyini diqqətə çatdırıb.