FT: ABŞ və İran arasında imzalanan razılaşma İsrail üçün "strateji fəlakət"ə çevrilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, ABŞ və İran arasında imzalanmış memorandum İsrailin regiondakı qüvvələrlə və ballistik raketlərin azaldılması ilə bağlı tələblərini nəzərə almadığı üçün Təl-Əviv tərəfindən böyük narazılıqla qarşılanıb. ABŞ Prezidenti Donald Trampın Tehranla əldə etdiyi bu müvəqqəti sövdələşməyə cavab olaraq ABŞ vitse-prezidenti Cey Di Vens israilliləri "reallığı qəbul etməyə" çağırıb. 

Ekspertlər Tramp və Baş nazir Benyamin Netanyahunun öz imkanlarını həddindən artıq yüksək qiymətləndirdiklərini və sərfəli strateji mövqeləri itirdiklərini bildirirlər. ABŞ-nin, həmçinin Livanda atəşkəs tətbiq etməyə çalışması İsraildə etirazlara səbəb olub. 

Siyasi texnoloqların fikrincə, İranla əldə olunan bu razılaşma oktyabrda keçiriləcək seçkilər ərəfəsində Netanyahunun reytinqinə ciddi zərbə vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31