Ukraynanın gələcəyi Polşada müzakirə olunur – Ermənistan da qatılır
11:50 DünyaErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işgüzar səfərlə Polşaya yollanacaq.
Musavat.com xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Qriqoryan iyunun 24-25-də Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Konfransda Ukraynanın müharibədən sonrakı yenidən qurulması, beynəlxalq əməkdaşlıq və investisiya imkanları ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31