ABŞ Milli Kəşfiyyatında "dərin dövlət" təmizliyi: Kütləvi ixtisarlar başlayıb – ÖZƏL

ABŞ Milli Kəşfiyyatının direktor müvəqqəti Bill Pulti qurumda genişmiqyaslı kadr islahatlarına və ixtisarlara başlayıb. 

Olaylar.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, bu addım ABŞ federal hökumət strukturlarında siyasi və iqtisadi proseslərə ciddi təsir göstərən gizli qruplara - "dərin dövlət"ə (deep state) qarşı yönəlib. Prezident Donald Trampın yüzlərlə əməkdaşın işdən çıxarılması tapşırığını icra edən Pulti, vəzifəsinin icrasına rəsmi vaxtdan bir gün tez başlayaraq bütün işçi heyətinin siyahısını tələb edib. 

Mənbələr əsas ixtisarların Milli Antiterror Mərkəzi ilə Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinə şamil olunacağını bildirir. Kəşfiyyat idarəsinin rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi şərh verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31