ABŞ və İran arasında tarixi anlaşma: 12 milyard dolların taleyi həll olunur
11:29 DünyaABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində dörd işçi qrupun yaradıldığı açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.
Onun sözlərinə görə, yaradılan qruplar sanksiyaların ləğvi, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq istiqamətləri üzrə fəaliyyət göstərəcək.
Qaribabadi həmçinin bildirib ki, İranın dondurulmuş 12 milyard dollar vəsaitinin (iki tranşla 6 milyard dollar olmaqla) blokdan çıxarılması barədə razılaşmanın icra mərhələsinə keçidi başlayıb.
Bundan əlavə, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün mexanizm, eləcə də Pakistan və Qətərin iştirakı ilə Livanda münaqişələrin qarşısının alınması bölməsi yaradılıb.
Nazir müavini qeyd edib ki, texniki danışıqlar zamanı İran nefti, neft-kimya məhsulları, neft məhsulları və əlaqədar xidmətlərin satışına ümumi lisenziyanın verilməsi üçün zəruri addımlar atılıb.
O bildirib ki, ABŞ tərəfi bu məhsulların və xidmətlərin satışına dair ümumi lisenziya verib və dondurulmuş aktivlərin açılması ilə bağlı razılaşmalar əldə olunub.