London Starmerin istefasından sonra Aİ sammitinin təxirə salınmasına mənfi reaksiya verir- ÖZƏL

Britaniya hakimiyyəti Avropa İttifaqının baş nazirin dəyişməsi ilə əlaqədar London və Brüssel arasında münasibətlərin inkişafı üzrə sammiti təxirə salmaq qərarından məyus olub. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasından sonra Avropa Şurasının prezidenti António 
Kosta, Böyük Britaniya baş nazirinin varisi ilə keçiriləcək 22 iyul sammitinin təxirə salındığını elan etdi. FT xəbər verir ki, bu qərar Britaniya tərəfi üçün sürpriz olub və danışıqlarda iştirak edənləri qıcıqlandırıb. Qəzetin mənbələrindən biri qeyd edib ki, London bu addımdan "o qədər də məmnun deyildi" və hadisələrin belə bir dönüşünü gözləmirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31