Gürcüstan müxalifətində qarşılıqlı ittihamlar: "Saakaşvili ölkəni ruslara və İvanişviliyə təslim etdi" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri Tazo Datunaşvili keçmiş prezident Mixail Saakaşvilinin "Lelo" partiyasını "Badri və Mamukanın biznes layihəsi" adlandırmasına sərt reaksiya verib. 

Datunaşvili bildirib ki, qarşılıqlı ittihamlar və qaralama kampaniyaları heç bir siyasi xal qazandırmır. O, Saakaşvilinin əvvəlcə Gürcüstanı ruslara və Bidzina İvanişviliyə, daha sonra isə özünü təslim etdiyini, həmçinin rəhbəri olduğu "Vahid Milli Hərəkat" partiyasını bir neçə dəfə parçaladığını vurğulayıb. Siyasətçi "Qızılgül inqilabı"nın yaradıcısı və müstəqil Gürcüstanın memarlarından birinin bu səviyyəyə enməsini görməyin üzücü olduğunu qeyd edərək, Saakaşvilini özünün "başqalarını təhqir etməklə siyasi kapital qazanmaq olmaz" fikrinə əməl etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31