ÜST Ebola virusunun yayılma təhlükəsinin yüksək olduğu ölkələrin adlarını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Uqanda və Konqo Demokratik Respublikası ilə quru sərhədlərinə malik dövlətlər Ebola virusunun yayılması baxımından risk qrupuna daxildir.

Qurumun məlumatına görə, regionda epidemioloji vəziyyət narahatlıq doğurur və virusun sərhədyanı ərazilərə yayılması ehtimalı yüksək qiymətləndirilir.

ÜST Ebola ilə bağlı regional risk səviyyəsinin yüksək olaraq qaldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31