AŞPA: Gürcüstanda demokratiyanın çökməsi və repressiyalar ciddi narahatlıq doğurur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandakı demokratik institutların fəaliyyətinə dair hesabat və qətnamə layihəsini müzakirəyə çıxarır. Sənəddə qeyd olunur ki, rəsmi Tbilisinin təşkilatın tövsiyələrini yerinə yetirməməsi onun Avropa Şurası qarşısındakı öhdəliklərini şübhə altına qoyur. 

Assambleya ölkədə müxalifət partiyalarının qadağan edilməsi təşəbbüslərini, liderlərin siyasi motivli təqibini, həmçinin vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyaları kəskin pisləyir. Vurgulanır ki, mövcud qütbləşmə və təzyiqlər səbəbindən Gürcüstanda hazırda azad seçkilər üçün şərait yoxdur. Sənəddə, həmçinin "Xarici təsirin şəffaflığı haqqında" mübahisəli qanunun ləğv edilməsi, etirazlar zamanı polis zorakılığı və qadağan olunmuş kimyəvi maddələrin tətbiqi iddialarının müstəqil araşdırılması tələb olunur. AŞPA Gürcüstan hakimiyyətini akademik azadlığı qorumağa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə və ölkədə demokratik mühiti bərpa etmək üçün inklüziv dialoqa başlamağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31