Polşa Seyminin vitse-spikeri Ukraynanın medallarını rədd edib- ÖZƏL
10:20 DünyaPolşa Seyminin (parlamentin aşağı palatası) sədr müavini Mixal Kaminski iki Ukrayna medalından imtina edərək onları Varşavadakı Ukrayna səfirliyinə qaytarıb. Olaylar.az xəbər verir ki, bu barədə 300polityka.pl portalı məlumat verib.
Portal siyasətçinin sözlərini sitat gətirir: "Volodimir Zelenskinin hərəkətləri və bəyanatları Ukraynanın bütün keçmiş prezidentlərinin, eləcə də Ukrayna siyasi ictimaiyyətinin böyük əksəriyyətinin dəstəyi ilə qarşılandığı üçün iki Ukrayna dövlət mükafatını geri qaytarmaq qərarına gəldim".
Kaminski "Ukraynanın hələ də Polşa-Ukrayna münasibətləri tarixində ən faciəli fəsillərdən birinin məsulları arasında milli qəhrəmanlar axtardığı"ndan təəccübləndiyini bildirib. "21-ci əsrdə bu cinayətlərlə əlaqəli şəxslərin niyə ukraynalıların ardıcıl nəsilləri üçün vətənpərvərlik nümunəsi kimi təqdim edildiyini anlamaq daha çətindir", - deyə Seym sədr müavini əlavə edib. Polşalı siyasətçi hansı Ukrayna mükafatlarından imtina etdiyini dəqiqləşdirməyib.