Peskov Zelenskinin Belarusa qarşı təhdidlərini tamamilə aqressiv adlandırıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Volodimir Zelenskinin Belarusa qarşı təhdidləri başqa bir ölkənin daxili işlərinə müdaxilə və onun suverenliyinə qəsddir.
Peskov vurğulayıb ki, "bu təhdidlər tamamilə aqressivdir, başqa bir ölkənin daxili işlərinə müdaxilə, başqa bir ölkənin suverenliyinə qəsddir".
Zelenski daha əvvəl Belarusa qarşı əlavə təhdidlər irəli sürüb və Ukrayna ilə sərhəd boyunca Belarus ərazisində olduğunu iddia etdiyi avadanlıq bir həftə ərzində çıxarılmasa, ona hücum əmri verməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31