Böyük Britaniyada hakimiyyət dəyişikliyinə hazırlıq başlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "The Guardian" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəftərxanasında hakimiyyətin mümkün ötürülməsi ilə bağlı hazırlıqlara başlanılıb. Leyboristlər Partiyasının yeni lideri və hökumət başçısı postuna əsas namizəd iyunun 18-i təkrar parlament seçkilərində qalib gəlmiş Böyük Mançesterin meri Endi Börnem hesab olunur. Artıq baş nazirin baş katibi Darren Cons ilə Börnemin komandasının üzvü Luiza Heyq arasında ilkin görüşün keçirildiyi bildirilir. 

Məlumata görə, Starmer istefa şərtlərini varisi ilə müzakirə etmədən birtərəfli qaydada açıqlamaq niyyətindədir və onun faktiki gedişi 2026-cı ilin payızına planlaşdırılır. Bununla belə, partiya daxilində sabiq səhiyyə naziri Ues Stritinqin də 81 deputatın dəstəyi ilə bu mübarizəyə qoşulmağa hazır olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31