Əli Xameneinin dəfn tarixi bəlli oldu: Azərbaycanı Tehranda kim təmsil edəcək?
13:10 DünyaMilli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək.
APA xəbər verir ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31