Tina Bokuçava: “Milli Hərəkat” çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir – ÖZƏL
11:35 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın müxalif "Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava bildirib ki, partiya ciddi çətinliklərlə üzləşsə də, fəaliyyətini davam etdirməyi bacarıb. Onun sözlərinə görə, partiya liderlərinin həbsdə olması, maliyyə çatışmazlığı və daimi təzyiqlərə baxmayaraq, təşkilatı zəiflətmək mümkün olmayıb.
Bokuçava qeyd edib ki, partiyanın müxalifət alyansına qoşulması qərarı Mixail Saakaşvili ilə müzakirə olunub və onun razılığı ilə qəbul edilib. O vurğulayıb ki, mövcud problemlər açıq, inklüziv və demokratik partiyadaxili müzakirələr yolu ilə həll edilməlidir.
Partiya sədri əminliyini ifadə edib ki, təşkilat üzvlərinin birliyi və dəstəyi sayəsində qarşıdakı çətinlikləri dəf etmək mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31