Erməni iş adamı Nazirliyin Aİ-yə ixrac təlimatını tənqid etdi: "Çox bəsitdir və uğursuzluğa məhkumdur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin Avropa İttifaqına ixracla bağlı dərc etdiyi 11 səhifəlik praktiki təlimat yerli sahibkarların kəskin tənqidinə səbəb olub. Erməni fermer və iş adamı Arutyun Mnatsakanyan bu təlimatı "həddindən artıq bəsit və faydasız" adlandıraraq, sənədin təcrübəli sahibkarlar üçün təhqir, yeni başlayanlar üçün isə qaçılmaz uğursuzluq olduğunu bildirib. 

O qeyd edib ki, hökumət Avropa bazarına real inteqrasiya üçün laboratoriyaları müasirləşdirməli, məhsulların izlənilməsi sistemini qurmalı və bazarı araşdırmalı idi. Ermənistanın kənd təsərrüfatı ixracının 90%-dən çoxunun Rusiya bazarından asılı olduğunu xatırladan Mnatsakanyan, dövlətin zərərçəkən fermerlərə ayırdığı 10 milyon dollarlıq kompensasiyanın ümumi itkilər qarşısında çox cüzi olduğunu vurğulayıb və hakimiyyəti Rusiya ilə diplomatik problemləri təcili həll etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31